Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir keçirilib

02 noyabr 2023 | 09:20

Samuxda “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir keçirilib

1 noyabr 2023-cü il tarixində Samux rayon İcra Hakimiyyəti və Samux rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Sərkar kənd uşaq musiqi məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri Kəmalə Xəlilova ,həmin şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov, Samux rayon Polis şöbəsinin Şəxsi Heyətinin işləri üzrə rəis köməkçisi polis polkovnik-leytenantı Arzu Məmmədov, Dini Qurumlarla iş üzrə Dovlət komitəsinin Samux rayon üzrə nümayəndəsi Rövşən Hacıyev, Gəncə-Daşkəsən regional Gənclər və idman idarəsinin Samux sektorunun müdiri Rasim İmamquliyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın, erkən nikah və dini radikalizmin təhlükəli fəsadlarına qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, bu istiqamətdə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bunların qarşısının alınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, bu işdə ailənin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov və DQİDK-nin əməkdaşı Rövşən Hacıyev narkomaniya, dini radikalizm və erkən nikahın fəsadları barədə ətraflı çıxış edərək şagirdlərə dəyərli məsləhətlər verib. Təhsil müəssisələrində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, şagirdləri bu cür həssas mövzulara diqqətlə yanaşmağa, verilən tövsiyələrə əməl etməyə çağırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər