Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Narkomaniya bəşəriyyətin bəlasıdır”  adlı tədbir keçirilib

27 fevral 2024 | 14:57
27 fevral 2024-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin və Çobanabdallı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın   4.4.12-ci bəndinin (Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi) icrası ilə əlaqədar “Narkomaniya bəşəriyyətin bəlasıdır”  adlı tədbir keçirildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Tutu Rüstəmova, Samux Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru  İlqar Verdiyev, məktəbin direktoru,müəllim kollektivi,valideynlər və təhsil alan nümunəvi şagirdlər iştirak edirdi. Tədbiri giriş sözü ilə açan  Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından  danışdı və ətraflı  məlumat verdi. Samux Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru  İlqar Verdiyev də çıxışında respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdü. Tədbir diskusiya şəklində davam etdirildi.  
Keçidlər