Samuxda "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir” mövzusunda seminarlara start verildi.
Samuxda "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir” mövzusunda seminarlara start verildi.
"Bələdiyyə,Resurs və Təlim Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Samux rayonunda "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsini icra edir. 31 avqust 2023- cü il tarixdə sözü gedən layihənin Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin akt zalında layihənin açılış tədbiri baş tutdu.
Tədbirdə ictimaiyyət nümayəndələri,şəhid ailələri,məktəblilər və valideynlərlə yanaşı Samux rayon İcra Hakimiyyəti,Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi, Heydər Əliyev Mərkəzi, Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarələrinin nümayəndələri iştirak edirdilər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə Birliyin sədri Gülnarə Əmiraslanova açdı. Layihənin əsas məqsədi və görüləcək işlər barədə tədbir iştirakçılarını geniş məlumatlandırdı. Mövzunu əhatə edən video- çarx nümayiş olundu. Tədbirdə ailə dəyərlərinin təbligi,valideyn məsuliyyətliliyinin artırılması,qızların təhsildən yayındırılması hallarına qarşı mübarizə və erkən nikahların fəsadları ilə baglı tədbir iştirakçılarını geniş məlumatlandırdı.Sonda tədbir mövzu ətrafında çıxışlarla davam etdirildi.