Samuxda "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir" mövzusunda seminar keçirildi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.Layihənin icra planına uygun valideynlər arasında maariflənmə işlərinə start verilib.05.09.2023- cü il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində 25 valideynə "Azərbaycanda ailə dəyərləri" mövzusunda təlim keçirilib.Təlim zamanı ailə,ailə dəyərləri,dəyərlərin müəyyən olunması,ailə fərdlərinin bir- birinə münasibəti,onların vəzifə və öhdəlikləri izah olunub.Həmçinin təlim zamanı müxtəlif energizerlər,komanda işləri və rollu oyunlardan istifadə olunub.Təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.