Samuxda məktəblərdə “Son zəng” tədbiri keçirilib.
Samuxda məktəblərdə “Son zəng” tədbiri keçirilib.
Samux rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib. Samux Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayon Təhsil sektorunun müdiir Nurlana Həsənova, şəhid ailələri, qazilər və valideynlər Samux şəhər 1 tam orta məktəbində keçirilən “Son zəng tədbirində iştirak ediblər.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova məzunları təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğısından danışıb. Samux rayonunda təhsilin inkişafı onun maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Tədbirlərdə məzunların və məktəblilərin çıxışları dinlənilib. Sevinc və həyəcan dolu duyğularla gözlənilən on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.






