Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda məhsul buraxılışının 62,5 faizi kənd təsərrüfatının payına düşür.

13 avqust 2022 | 09:07

    2022-ci ilin I yarımilində rayon üzrə məhsul buraxılışının həcmi 98538,0  min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 14670,4 min manat və ya 17,5 faiz çoxdur. Məhsul buraxılışının 61532,6 min manatı və ya 62,5 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür. Bitkiçilik məhsullarının istehsal həcmi 34755,7 min manat, heyvandarlıq  məhsullarının istehsal həcmi isə 26776,9  min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bitkiçilik məhsullarının istehsal həcmi 7210,3 min manat və yaxud 26,2 faiz, heyvandarlıq məhsullarının istehsal həcmi isə 2908,0 min manat və yaxud 12,2 faiz artmışdır.

       Məhsul buraxılışının həcmi sənaye üzrə 9,5 faiz, tikinti üzrə 5,7 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,6 faiz, informasiya və rabitə üzrə 0,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri üzrə isə 20,2 faiz  olmuşdur.

 

 

Samux Rayon Statistika İdarəsinin

rəis müavini Allahverdi Məmmədov   

Keçidlər