Samuxda Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə “AgroDairy” şirkəti arasında memorandum imzalanıb
Azərbaycanda səfərdə olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti (MATE) ilə “AgroDairy” şirkəti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.Sənədi MATE-nin rektoru Çaba Gurica ilə “AgroDairy” şirkətinin bitkiçilik istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədov imzalayıblar.
Samux şəhəri Heydər Əliyev Mərkəzində keçirilən brifinqdə Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma və Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Çaba Gurica “AgroDairy” şirkəti ilə birgə əməkdaşlığın hər iki ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıblar. Həmçinin brifinqdə MATE-nin tədris bazası, elmi-tədqiqat sahəsində həyata keçirdiyi işlər və təcrübə imkanları barədə də məlumat verilib.
Nümayəndə heyəti Samux rayonuna səfəri çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev ilə görüş keçirərək, Agro Dairy şirkətinin rayondakı təsərrüfat sahələrinə səfər ediblər. Səfər zamanı nümayəndələr şirkətin innovativ kənd təsərrüfatı yanaşmaları ilə tanış olub, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.