Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planın icrasına dair tədbir keçirilib

04 aprel 2024 | 16:49

Samuxda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planın icrasına dair tədbir keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir. Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir.

 “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı  illər üçün   Milli Fəaliyyət  Fəaliyyət Planı”nın icrasına dair Samux Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və bu istiqamətdə müvafiq işlər aparılır. Antikorrupsiya davranış  modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər keçirilir, bu sahəyə daim nəzarət edilir. “Korrupsiyanın qarşısının alınması” mövzularında seminarlar və treninqlər keçirilərək maarifləndirmə işləri aparılması təmin olunur. Korrupsiyaya    qarşı mübarizə tədbirləri ilə əlaqədar tədbirlərin  keçirilməsi,  müzakirələrin  və video konfransların  təşkil edilməsi və əhali arasında təbliğat işlərinin aparılması təmin olunur. Bu Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.

Həmçinin Milli Fəaliyyət Planının 6.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti tərəfindən bukletlər hazırlanaraq, onların əhali arasında geniş yayılması təşviq edilir.   

 

Keçidlər