Samuxda “Konstitusiya və Suverenlik İli”çərçivəsində Uşaq İncəsənət Festivalı keçirilib.
Samuxda “Konstitusiya və Suverenlik İli”çərçivəsində Uşaq İncəsənət Festivalı keçirilib.
Ölkəmizin hər yerində keçirildiyi kimi Samux rayon Heydər Əliyev Parkında “Uşaq İncəsənət Festivalı” baş tutub.
Festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, RİH-nin əməkdaşları, idarə, müəssisə və təşkilatların əməkdaşları, Samux rayon ictimaiyyətinin nümayəndələri, gənclər və uşaqlar iştirak ediblər.
Festival şəhid və qazi övladlarının da yer aldığı tədbir iştirakçıları ilə birgə ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Daha sonra UİF sevincini yaşayan uşaqlara Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini əks etdirən ekskursiya keçirilib.
Xalq artistləri və incəsənət xadimləri ilə birlikdə uşaqlar üçün master klass təşkil edilib. Uşaqları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda parkda bir-birindən maraqlı və rəngarəng rəsm əsərlərindən, kreativ əl işlərindən ibarət sərgilər, teatr tamaşaları, müxtəlif rəqslər, bədii qiraət bölmələri, sənətkarlar guşəsi, milli və müxtəlif xalqların, həmçinin müasir rəqslər, festivalın daha canlı və əyləncəli olmağını təmin edib.
Həmçinin festivalın daha yadda qalan olması üçün üzərində uşaq incəsənət festivalı yazılmış xüsusi hazırlanmış foto kabin guşəsi, uşaqların həmin an hiss etdiklərini təsvir etmələri üçün sərbəst rəsm guşəsi, faceart və digər rəngarəng guşələr yaradılıb.
Festivala gələnlərə sevinc bəxş etmək üçün müxtəlif obrazlarda qolunda səbətlərdə çiçək paylayan qızlar, uşaqların rəngli dünyasına daha da rəng qatmağa çalışan klounlar, nağıl personajları iştirak ediblər.