Samuxda Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edilib
Samuxda Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edilib
Samuxda 1 noyabr 2023-cü il tarixində Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib.
Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında təşkil olunan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Kənd Təsərrüfatı İşçiləri Günü münasibəti ilə bu sahədə çalışan hər kəsi təbrik edib və onlara kənd təsərrüfatının inkişaf etdirilməsində, gələcək işlərində uğurlar arzulayıb, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən, əldə olunan uğurlardan danışıb. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatının xüsusi yerə sahib olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev ölkədə aqrar məhsulların istehsalı və ixracının ildən-ilə artdığını, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında aparıcı sahəyə çevrildiyini qeyd edib, aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini bildirib.
Daha sonra əmək fəaliyyətində fərqlənən Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları - Bayramov Əlvan Şaqan oğlu, Qədimov Murad Elşən oğlu, Hacıyev Kamal Əsgərağa oğlu, İmamverdiyeva Hicran Alik qızı və Həsənova Qalina Bəhram qızı Fəxri Fərmanlarla təltif olunublar.