Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyası” mövzusunda tədbir keçirildi.

29 mart 2023 | 11:00
Samuxda İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə daimi fəaliyyət göstərən komissiyanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyası” mövzusunda tədbir keçirildi.

İclasda Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin 5-ci Şəmkir regional idarəsinin rəis müavini Ramin İsmayılov və İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın üzvləri iştirak ediblər.

İclası giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası respublikamızın dövlət müstəqilliyinin mühüm təminatçısına çevrilməklə, ölkəmizdə azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etdiyini vurğuladı.

Daha sonra çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin enerji resurslarının diversifikasiyası ilə bağlı həyata keçirdiyi siyasət ölkəmizin dünya miqyasında nüfuzunu artırdığını xüsusi qeyd etdilər.

Keçidlər