Samuxda “İş yerində rifahın təmin olunması, tükənmə və streslə mübarizə” mövzusunda təlim keçirilib
11 iyun 2024 | 16:36
YAP Samux rayon təşkilatının inzibati binasında Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı və Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İş yerində rifahın təmin olunması, tükənmə və streslə mübarizə” mövzusunda təlim keçirilib. Təlimçilər Dövlət İmtahan Mərkəzinin əməkdaşları Anar Cəfərov və Sevinc Məmmədova idi. Təlimdə Samux Rayon İcra Hakimiyyəti, Samux Rayon Məhkəməsi, Samux DSK, Samux Gİİ, Samux DAİM və Samux Maliyyə şöbəsinin əməkdaşları iştirak edirdilər. Qarşılıqlı diskusiya şəraitində keçən təlim Samux rayonunda fəaliyyət göstərən dövlət qulluqçuları tərəfindən çox maraqla qarşılanmışdır.