Samuxda “III Ərik festivalı və kənd turizminin inkişafı” mövzusunda tədbir keçirilib.
Samuxda “III Ərik festivalı və kənd turizminin inkişafı” mövzusunda tədbir keçirilib.
Samux Rayon İcra Hakimiyyəti və Gəncə Regional Turizm İdarəsininin birgə təşkilatçılığı ilə Samuxda “III Ərik festivalı və kənd turizminin inkişafı” mövzusunda görüş keçirilib.
Görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Firdovsi Əliyev Samux rayonunda turizmin inkişafının prioritet istiqamətlərindən bəhs edib, mövcud potensialın daha səmərəli istifadəsinin vacibliyini vurğulayıb. O, xüsusilə rayonun təbii və mədəni resurslarının tanıdılması, turizm infrastrukturunun gücləndirilməsi və yerli sahibkarlığın dəstəklənməsi istiqamətində mühüm tapşırıqlar verib, aidiyyəti qurumlara konkret tövsiyələrini çatdırıb.
Görüş zamanı Samux Rayon İcra Hakimiyyəti tərəfindən keçiriləcək III Ərik festivalı çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub, təşkilati məsələlər və birgə fəaliyyət istiqamətləri müəyyən edilib.
Tədbirdə həmçinin Samuxda kənd turizminin inkişafı məsələsinə xüsusi diqqət yetirilib, kənd ərazilərində mövcud təbii, mədəni və təsərrüfat imkanlarının turizmə cəlb olunması, yerli əhalinin məşğulluğunun artırılması və kənd təsərrüfatı ilə turizmin inteqrasiyası istiqamətində görüləcək işlər müzakirə edilib. Bu sahədə yeni layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.






