Samuxda I Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş “Şəhid bulağı”nın açılşı olub.
17 may 2023 | 18:03
Samux rayonunun Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinin həyətində I Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş “Şəhid bulağının” açılşı olub.
Açılış mərasimində şəhidlərin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uğurlu siyasətindən, əsgərlərin,zabitlərin şücaətindən danışdı, şəhid ailələrinin dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu vurğuladı.
Çıxış edənlər şəhidlərin döyüş yolundan, onların göstərdikləri qəhrəmanlıq, igidlik və şücaətdən söhbət açdılar.
Şəhid ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.