Samuxda Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş tədbirlər davam edir.
Samuxda Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş tədbirlər davam edir.
Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində rayon ərazisində Samux Rayon İcra Hakimiyyətinin və YAP üzvlərinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyev işığı daim bizimlədir” adlı tədbirlərin keçirilməsi davam edir.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, həmçinin Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi.
Sonra ərazi partiya təşkilat sədrləri və partiya fəalları çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, onun Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlərdən danışdılar.Məktəb şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şerlər səsləndirildi və vətənpərvərlik mahnıları ifa olundu.