Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

27 dekabr 2023 | 12:14

Samux Rayon İcra Hakimiyyətinin və Sərkar kənd Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə  uşaq musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Sərkar kənd Uşaq Musiqi məktəbinin direktor əvəzi Şahmar İbrahimov, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.

İlk öncə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu bildirib.

Sərkar kənd Uşaq Musiqi məktəbinin direktor əvəzi Şahmar İbrahimov çıxışında Ulu Öndərin Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıtdığını bildirərək, məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarlarının  dünyanın ayrı-ayrı ölkələrində çıxış etdiklərini vurğulayıb.

Tədbir Ulu Öndərə həsr olunmuş bədii-musiqili proqramla davam etdirilib.

Keçidlər