Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Heydər Əliyev və Şanlı Zəfər Tariximiz” mövzusunda tədbir keçirilib

06 noyabr 2023 | 18:33

Samuxda “Heydər Əliyev və Şanlı Zəfər Tariximiz” mövzusunda tədbir keçirilib


Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə və 08 noyabr - Zəfər Günü ilə əlaqədar “Heydər Əliyev və Şanlı Zəfər Tariximiz!” adlı bayram tədbiri keçirilib.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Firdovsi Əliyev və İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayon üzrə Təhsil sektorunun müdiri Həsənova Nurlana, Şuşa Fatehi-Şəhid Məmmədzadə Elvinin atası Məmmədov İlham, 44 günlük Vətən müharibəsi iştirakçıları Müharib Qurbanov, Altun İbrahimov və Fail Əliyev, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.
Tədbirdə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının işğaldan azad olunmuş torpaqlarımız haqqında hazırladıqları videoçarx nümayiş olunub və şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib.

Keçidlər