Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Heydər Əliyev və insan hüquqları” mövzusunda tədbir keçirilib.

19 aprel 2023 | 09:10

Samux Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Samux rayonunda “Heydər Əliyev və  insan hüquqları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, İnsan Hüquqları üzrə Müvəkkilin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, eləcə də Rayon İcra Hakimiyyəti Başçısının Müavini Kəmalə Xəlilova iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədidir. Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Keçidlər