Samuxda “Heydər Əliyev – Milli memarlıq və quruculuq məktəbinin banisidir" mövzusunda tədbir keçirilib.
Samuxda “Heydər Əliyev – Milli memarlıq və quruculuq məktəbinin banisidir" mövzusunda tədbir keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının inzibati binasında “Heydər Əliyev – milli memarlıq və quruculuq məktəbinin banisidir” mövzusunda tədbir keçirilib.
Samux Rayon İcra Hakimiyyəti və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın şəhərsalma və memarlıq ənənələrinin formalaşmasında, müasir şəhər və yaşayış məntəqələrinin inkişafında, genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsində müstəsna xidmətlərindən bəhs olunub.
Qeyd edilib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri, müasir şəhərsalma layihələri Azərbaycanın sürətli inkişafının mühüm göstəricilərindəndir.
Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.






