Samuxda Heydər Əliyev ili çərçivəsində “Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib
Samux Rayon İcra Hakimiyyətinin və Samux Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində “Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, Samux Mərkəzi Rayon Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli, həkim və tibb bacıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova qeyd etdi ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi- texniki baza ilə təmin olunub. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır
Çıxış edən digər natiqlər də bildirdilər ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.