Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Heydər Əliyev ili çərçivəsində “Ulu öndər Heydər Əliyevin Azərbaycanın meliorasiya və su təsərrüfatının inkişafında misilsiz rolu” mövzusunda tədbir keçirilib

22 dekabr 2023 | 11:11

Samux Rayon İcra Hakimiyyətinin və Samux Suvarma Sistemləri idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində “Ulu öndər Heydər Əliyevin Azərbaycanın meliorasiya və su təsərrüfatının inkişafında misilsiz rolu” mövzusunda Samux şəhəri Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayon Suvarma Sistemləri idarəsinin rəisi Gülağa Bağırov və idarənin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova qeyd etdi ki, Ümummilli Lider tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli Fərmanıdır. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi. Ulu Öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Çox böyük fəxr ilə qeyd etmək olar ki, Ulu Öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları cənab Prezident İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir.

Çıxış edən digər natiqlər də bildirdilər ki, Prezidentimizin rəhbərliyi altında Azərbaycan böyük və şərəfli bir inkişaf yolu keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. Ölkəmizin beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Bütün bunlar isə məhz ulu öndər Heydər Əliyev siyasətinin bəhrələridir.

 

 

Keçidlər