Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Heydər Əliyev ili çərçivəsində “Azərbaycan dünyaya günəş kimi doğacaq” mövzusunda tədbir keçirilib

30 noyabr 2023 | 16:43

30.11.2023-cü il tarixində Samux Rayon İcra Hakimiyyəti və Samux rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan dünyaya günəş kimi doğacaq” mövzusunda mərkəzin akt zalında tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutu, fəlsəfə elmləri doktoru, Heydər Əliyev irsinin tədqiqatçısı Sənan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutu, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyası, Tarix İnstitutu, fəlsəfə elmləri doktoru İlham Həsənov, şəhid ailələri, idarə, müəssisə və təşkilatların kollektivləri və gənclər iştirak edib.
İlk öncə tədbir iştirakçıları Samux şəhəri Heydər Parkında Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.
Əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Daha sonra tədbiri giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilib. Bu gün əldə etdiyimiz bütün uğurların təməlində ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi dayanır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün artıq reallaşıb.
Daha sonra çıxış edən natiqlər də bildirdilər ki, bu gün, həqiqətən də, Ulu Öndərin ruhu şaddır. Qarşıda böyük hədəflər dayanır. Azərbaycan Heydər Əliyev yolu ilə gedərək uğurlu və perspektivli ölkə adını qoruyacaq. Azərbaycanın tək bölgədə deyil, dünyada nüfuzu artır. Bizim hər birimiz fəxr edir və qürur hissi keçiririk ki, bu gün Onun yolunu və ideyalarını dünyanın nüfuzlu dövlət xadimi, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir.
Tədbrin yekununda gəncləri maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər