Samuxda “Heydər Əliyev ili” çərçivəsində "100 şəkil 100 xatirə" adlı tədbir keçirilib
Samux Rayon İcra Hakimiyyətinin və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə “Heydər Əliyev ili” çərçivəsində "100 şəkil 100 xatirə" adlı tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, Milli Məclisin deputatı Musa Quliyev, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Azərbaycan Miniatür kitab muzeyinin direktoru Suad Mursaqulova, Gümüşbənd, sənətkarlıq üzrə professor, gümüşbənd Şaiq Məmmədov, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.
Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Samux rayon Heydər Əliyev Mərkəzi onun əziz xatirəsinə onunla görüşmüş və xatirəsi olan şəxslərdən toplanmış "100 şəkil 100 xatirə" adlı layihəsini təqdim edib.
Tədbirin bədii hissəsində Fikrət Əmirov və digər klassiklərin musiqiləri səsləndirilmişdir.