Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Həyat dəyərlidir onu narkotikə qurban vermə” mövzusunda maarifləndirici tədbir keçirilib

28 fevral 2024 | 15:03

 Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın 5.2.1-ci bəndinin icrası ilə əlaqədar  “Həyat dəyərlidir onu narkotikə qurban vermə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Polis şöbəsinin Narkotilərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Sərxan Sadıqov, Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Samux rayonu  Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova iştirak edirdi.

 Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, narkotik vasitələrin fəsadları barədə  geniş məlumat verdi. Narkomaniyanın qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Samux rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı bəhs etdi.

Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxış edərək bildirdi ki,narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır.

Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev çıxışında Azərbaycan gəncliyinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək,gənclər arasında sağlam həyat tərzinin təbliği baxımından belə tədbirlərin əhəmiyyəti xüsusi vurğuladı.

     Tədbir çərçivəsində narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası barədə çıxışlar və fikir mübadiləsi aparıldı, gənclərə bu zərərli vərdişdən uzaqlaşmaq üçün dəyərli məsləhətlər verildi.

Keçidlər