Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibəti ilə “Mehriban ana, qayğıkeş insan, unudulmaz alim ” mövzusunda tədbir keçirilib.

27 aprel 2023 | 15:42
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə “ Mehriban ana, qayğıkeş insan, unudulmaz alim ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Samux RİH başçısının müavini Kəmalə Xəlilova, Samux Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Həsənov, səhiyyə işçiləri, məsul şəxslər iştirak ediblər.
Samux RİH başçısının müavini Kəmalə Xəlilova çıxışı zamanı bildirdi ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıblar. Samux rayon səhiyyəsinin məsul şəxsləri məruzələrində Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi fundamental əsərləri barədə geniş məlumatlar veriblər.
Keçidlər