Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda gənclərlə görüş keçirilib

04 dekabr 2023 | 17:40


Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun ictimai-siyasi həyatında rol oynayan, öz istedadı və bacarığı ilə seçilən gənclərlə İcra Hakimiyyətində görüş keçirib.
Tədbiri giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı gəncləri salamlayaraq qeyd etdi ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəlib, Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən gənclər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı və istedadlı, savadlı gənclər üçün hər bir şərait yaradıldığını qeyd etdilər.

Keçidlər