Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "Gənclərimizi dini cəhalət, xurafat və radikalizmin təsirlərindən qoruyaq“ mövzusunda tədbir keçirilib

12 fevral 2024 | 14:11

Samux Lək kənd tam orta məktəbin də "Gənclərimizi dini cəhalət, xurafat və radikalizmin təsirlərindən qoruyaq“mövzusunda tədbir keçirilib.

Samux rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Samux rayon Lək kənd tam orta məktəbində "Gənclərimizi dini cəhalət, xurafat və radikalizmin təsirlərindən qoruyaq“ mövzusunda  tədbir təşkil edilib.

   Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi Rövşən Hacıyev , Samux rayon İcra Hakimiyyəti başçısının Lək kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Xəyal Qasımov və məktəb şagirdləri  iştirak ediblər.

        Tədbiri giriş sözünü Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov açmışdır.  Çıxışında bildirib ki, dini ekstremizm, radikalizm və xurafat cəmiyyətin iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişafdan geri qalmasına səbəb olur. Bu sahədə mübarizənin aparılmasında ən səmərəli yol kimi maarifləndirici tədbirlərin həyata keçirilməsi və zərurət olarsa, inzibati metodun tətbiq edilməsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi  Rövşən Hacıyev çıxışında, dini radikalizmin yaranma səbəbləri, fəsadları, təbliğat metodları və ona qarşı mübarizə üsullarından danışıb. Qeyd edib ki, dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və dini biliklərin az olmasıdır. Buna görə də radikalizmə qarşı mübarizədə birinci növbədə dini maarifləndirmə işinə önəm vermək lazımdır.

Sonda  şagirdlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gəlmiş  “Üfüqdəki gələcək” adlı sənədli film göstərilib.

Keçidlər