Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Əmək Məşğulluq Alt Sisteminin (ƏMAS) təqdimatı keçirildi.

13 sentyabr 2023 | 15:56

13 sentyabr 2023-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi Gəncə-Daşkəsən RMF-lı, KOBİA, idarə ,müəssisə rəhbərləri və sahibkarların iştirakı ilə Əmək Məşğulluq Alt Sisteminin (ƏMAS) təqdimatı, işəgötürənlərlə birgə layihələrin həyata keçirilməsi, işəgötürənlərlə birgə maliyələşdirmə layihəsi və peşə kurslarının təşkili mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Ağayev, Dövlət Məşğulluq Agentliyi Gəncə-Daşkəsən RMF-nın müdir müavini Şəhriyar Kazımov, Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev ,KOBİA-nın regional koordinatoru Anar Əliyev mövzu ətrafında çıxışlar etmişlər.

Daha sonra monitorda Əmək Məşğulluq Alt Sisteminin (ƏMAS) təqdimatı keçirilmiş və sonda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər