Samuxda Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyar görüş keçirildi.
24 oktyabr 2023 | 10:25
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Seymur Şükürov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.