Samuxda əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı monitorinq aparılaraq rayon sakinləri arasında sorğu keçirilmişdir.
Azərbaycan Respubikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.4 bəndinə uyğun olaraq əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı monitorinq aparılaraq rayon sakinləri arasında sorğu keçirilmiş və qiymətləndirmə aparılmışdır.Sorğuda zərərli vərdişlər, fiziki aktivlik,sağlamlıq və s. haqqında suallar çoxluq təşkil etmişdir. Sorğunun keçirilməsində əsas məqsəd əhalinin yaş kateqoriyaları arasında əsasən uşaq, yeniyetmələr və gənclər arasında sağlam ətraf mühit, sağlam həyat tərzi narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsirləri və s. ilə bağlı maarifləndirmə işini həyata keçirməkdir.