Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Ədliyyə işçilərinin peşə bayramı” günü qeyd edilib

22 noyabr 2023 | 14:20

 

22 noyabr 2023-cü il tarixində Samux Rayonu İcra Hakimiyyətində “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Heydər Parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildiriblər.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev açaraq başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla bütün ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, Azərbaycan Respublikasında ədliyyə orqanlarının rolu, ədliyyə sisteminin tarixi, bu günü və ölkə başçısının ədliyyə orqanlarına və işçilərinə qayğısı haqqında geniş nitq söyləmişdir.
Daha sonra Samux rayon Qeydiyyat şöbəsinin müdiri Emiliya Atakişiyeva keçirilən bu bayram münasibəti ilə ətraflı məruzə etmişdir.

Keçidlər