Samuxda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd edilib
Samuxda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd edilib.Samux Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi Əliyev, DTX-nin Samux rayon şöbəsinin kollektivi, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev təbrik nitqində 105 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açıb.
İcra başçısı daha sonra DTX-nin Samux rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edib.
Daha sonra çıxış edən DTX-nin Samux rayon şöbəsinin rəisi Heydər Abıyev çıxışında DTX əməkdaşlarının dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün əllərindən gələnləri əsirgəmədiklərini bildirib.
Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxışlarında DTX-nin Samux rayon şöbəsinin əməkdaşlarını təbrik edərək işlərində uğurlar arzulayıblar.