Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub.

28 mart 2026 | 13:15

Samuxda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub.

​Samuxda Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının yaradılmasının növbəti ildönümü və DTX əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, DTX-nın Samux rayon şöbəsinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev təbrik nitqində 107 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərinin oldğunu vurğulayıb.

Daha sonra çıxış edən DTX-nin Samux rayon şöbəsinin rəisi çıxışında DTX əməkdaşlarının dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün əllərindən gələnləri əsirgəmədiklərini bildirib.

Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxışlarında DTX-nin Samux rayon şöbəsinin əməkdaşlarını təbrik edərək işlərində uğurlar arzulayıblar.

Sonda İcra başçısı DTX-nın Samux rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edib.

Keçidlər