Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda dövlət qulluqçularının sayı 123 nəfərdir.

22 iyun 2026 | 17:00

Samuxda dövlət qulluqçularının sayı 123 nəfərdir.

2026-cı il yanvarın 1-i tarixinə Samux rayonunda dövlət qulluqçularının sayı 123 nəfər olmuşdur ki, onların da 25 nəfərini qadınlar təşkil edir. Dövlət qulluğu vəzifələrini tutmuş işçilərin 110 nəfəri dövlət qulluğu təşkilatlarının inzibati vəzifələrində, 13 nəfəri isə yardımçı vəzifələri üzrə çalışan işçilər olmuşdur.

Dövlət qulluqçularının 2 nəfəri 1 ilədək, 18 nəfəri 1 ildən 5 ilədək, 38 nəfəri 5 ildən 10 ilədək, 32 nəfəri 10 ildən 15 ilədək, 33 nəfəri isə 15 il və daha çox qulluq stajına malikdir.

2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 1364,5 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,6 faiz çox olmuşdur.
Samux Rayon Statistika İdarəsi

Keçidlər