Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Dövlət qulluğunda etik davranış və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda təlim keçirildi.

10 oktyabr 2023 | 16:57
 
10.10.2023-cü il tarixində YAP Samux rayon təşkilatının inzibati binasında Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı və Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “ Dövlət qulluğunda etik davranış və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ” mövzusunda növbəti təlim keçirildi. Təlimdə Samux Rayon İcra Hakimiyyəti, Samux Rayon Məhkəməsi, Samux DSK, Samux Gİİ, Samux DAİM və Samux Maliyyə şöbəsinin əməkdaşları iştirak edirdilər. Qarşılıqlı diskusiya şəraitində keçən təlim Samux rayonunda fəaliyyət göstərən dövlət qulluqçuları tərəfindən çox maraqla qarşılanmışdır.
Keçidlər