Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirilib

12 iyun 2024 | 16:40

YAP Samux rayon təşkilatının inzibati binasında Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı və Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirilib. Təlimçi Dövlət İmtahan Mərkəzinin əməkdaşı Elnur Abbasov idi. Təlimdə Samux Rayon İcra Hakimiyyəti, Samux Rayon Məhkəməsi, Samux DSK, Samux Gİİ, Samux DAİM və Samux Maliyyə şöbəsinin əməkdaşları iştirak edirdilər. Qarşılıqlı diskusiya şəraitində keçən təlim Samux rayonunda fəaliyyət göstərən dövlət qulluqçuları tərəfindən çox maraqla qarşılanmışdır.

Keçidlər