Samuxda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” və “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Samuxda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” və “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin, Samux rayon Təhsil sektorunun və Samux rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti”, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydasının 5.1.2.-ci bəndinin icrası məqsədi ilə gənclər arasında sağlam həyat tərzinin təbliği mövzusunda Ziyadlı kənd tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsənov Ağaəli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional böməsinin əməkdaşı Hacıyev Rövşən, Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, müəllim və şagirdlər iştirak ediblər.
Samux rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Ağaəli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Hacıyev Rövşən çıxışı zamanı bildirdi ki, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparıldığı, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunmasının vacibliyi, eyni zamanda dini radikalizmin fəsadları barədə geniş məlumat verib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” adlı sənədli filmə baxılıb.