Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Dini etiqad azadlığı” və “Erkən nikahların səbəbləri və fəsadları” mövzusunda tədbir keçirilib.

15 sentyabr 2023 | 10:58

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə regional bölgəsinin Samux rayon üzrə nümayəndəsi və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini etiqad azadlığı ” və “Erkən nikahların səbəbləri və fəsadları” mövzusunda Samux rayon Qarayeri qəsəbəsində qəsəbə sakinlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Samux bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmmədov Emin, qəsəbə sakiləri və məktəbli şagirdlərin valideyinləri iştirak ediblər.

 Tədbiri giriş sözü ilə açan Samux RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmmədov Emin Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimlədiyini bildirdi.

   DQİDK-nın Samux bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev çıxışında peşəkar dini fəaliyyət, dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyət olduğunu bildirdi.

    Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin hazırladığı sənədli film göstərildi.

Keçidlər