Samuxda “Dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib
Samux Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Samux rayonu Füzuli kənd ümumi orta məktəbində “Dini etiqad azadlığı” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi Rövşən Hacıyev, Samux RPŞ-nin ŞHİÜ rəis köməkçisi Arzu Məmmədov, məktəb şagirdləri və müəllimlər iştirak edib.
Tədbiri giriş sözünü Dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov açmışdır. Çıxışında, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğunu bildirdi. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilmədiyini vurğulayıb. Həmçinin, Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliğinin qadağan olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi Rövşən Hacıyev çıxışında, dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla biləcəyini vurğulayıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə biləcəklərini vurğuladı.
Samux RPŞ-nin ŞHİÜ rəis köməkçisi Arzu Məmmədov çıxışında, narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olduğunu bildirdi. Həmçinin narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb oluğunu qeyd etdi. Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv etdiyini vurğuladı.