Samuxda “Dəmir yumruğun Əks-Sədası” adlı kitabın və eyni adlı filmin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Samuxda “Dəmir yumruğun Əks-Sədası” adlı kitabın və eyni adlı filmin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbir Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux şəhər Heydər Əliyev Mərkəzinin akt zalında keçirilib.
Təqdimatda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux Rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Samux Şəhidləri Abidə Kompleksini ziyarət edən tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını da ehtiramla anıblar.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbirdə 30 il işğal altında qalan torpaqlarımızın cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə azad edilməsindən və Zəfər gününün tarixə qızıl hərflərlə yazılmasından danışıb. Qazilərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri diqqət və qayğını xüsusi vurğulayıb.
YAP Samux Rayon təşkilatının sədri Gündüz Bayramov çıxışında şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan danışıb.
Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov “Dəmir yumruğun Əks-Sədası” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda Samux rayonundan olan şəhidlər haqqında məlumatlar göstərilib.
Samux rayonun imamı Hacı İlham Məmmədov şəhidlərin gənclərimizə tanıdılması üçün mütəmadi tədbirlərin keçirilməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu qeyd edib.
Tədbirdə iştirak edən şəhid valideynləri Alıyev Cəlil, Şəfiyeva Gülnaz, Məmmədov İlham, İsgəndərov Xaləddin şəhidlərin əziz xatərəsinin əbədiləşdirilməsi istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film izlənilib.






