Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Çobanabdallı kənd sakinləri ilə səyyar görüş keçirilib.

18 mart 2026 | 13:12

 

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Çobanabdallı kənd tam orta məktəbinin binasında kənd sakinləri ilə səyyar görüş keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması, onların problemlərinin yerində öyrənilməsi və operativ şəkildə həlli daim diqqət mərkəzində saxlanılır. Qeyd olunub ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində regionların davamlı inkişafı təmin edilir, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

İcra başçısı Firdovsi Əliyev onuda qeyd edib ki, səyyar görüşlərin keçirilməsinin dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə, əhalinin problemlərinin yerində öyrənilərək həlli istiqamətində operativ tədbirlərin görülməsinə xidmət etdiyini vurğulayıb.

Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı məsələlərə toxunub. O cümlədən Çobanabdallı kəndində içməli su ilə təchizatın yaxşılaşdırılması, suvarma, yol və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələr verilib.

Görüşdə sakinlər onların müraciətlərinə həssas yanaşıldığına və problemlərinin həlli istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər