Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rol Azərbaycana məxsusdur” mövzusunda dəyirmi masa keçirilib.

18 aprel 2024 | 11:07

Samuxda “Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rol Azərbaycana məxsusdur” mövzusunda dəyirmi masa keçirilib.

İclası açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirdi ki, Azərbaycan Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca istinad mərkəzlərindən və strateji tərəfdaşlarından birinə çevirib. Gündüz Bayramov həmçinin qeyd etdi ki, bu gün Azərbaycan dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi ugurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə cevirir. Bu gün Azərbaycan region üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq layihələrə, konfranslara, forumlara ev sahibliyi edir. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü uğurlu siyasətinin nəticəsidir.

Daha sonra dəyirmi masada mövzu ətrafında geniş müzakirələr aparıldı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da güclənməsi qeyd olundu. Bildirildi ki, gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.

 

Keçidlər