Samuxda bayram yarmarkası keçirilib.
17 mart 2025 | 11:24
Samuxda bayram yarmarkası keçirilib.
Novruz bayramı münasibəti ilə Samux şəhərində yeni salınmış Samux parkında Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
Tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər iştirak ediblər.
Yarmarkaya 10 tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsulları satışa çıxarılıb və məhsullar bazar qiymətindən 30-40 faiz aşağı qiymətlərlə satılıb. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının təşkil olunması rayon əhalisi tərəfindən cox yüksək əhvali-ruhiyyə ilə qarşılanıb.