Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Bağbanlar kənd sakinləri ilə növbəti səyyar görüş keçirildi.

08 avqust 2023 | 16:07
Samuxda Bağbanlar kənd sakinləri ilə növbəti səyyar görüş keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun Bağbanlar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Səbuhi Məmmədov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi
Keçidlər