Samuxda “Azərbaycanın Dövlət müstəqilliyinin bərpası” gününa həsr olunmuş tədbir keçirilib.
YAP Samux rayon təşkilatının inzibati binasında Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanın Dövlət müstəqilliyinin bərpası” gününa həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə YAP Samux Rayon Təşkilatınıninzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan dövlətinin və xalqının öz müstəqilliyinin bərpasının 33 illliyini qalib dövlət olaraq qeyd etdiyini diqqətə çatdırıblar. Qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünün tamlığı, suverenliyi, müstəqilliyimizin əbədi olması üçün bu yolda canından keçməyi gözə alan güclü ordumuz, həmrəylik nümayiş etdirən xalqımız var.