Samuxda “Azərbaycanda 2024-cü ilin “Yaşıl dünyanaminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verir” mövzusunda tədbir keçirilib.
Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda 2024-cü ilin “Yaşıl dünyanaminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verir” mövzusunda tədbir keçirilib. Öncə COP 29 tədbirinin dünyaya və ölkəmizə faydasına həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, COP29 dünyada ətraf mühitin qorunmasına böyük töhfə verən mühüm tədbir kimi yadda qalacaq.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov COP29-la bağlı ölkəmizdə və rayonumuzda aparılan genişmiqyaslı işlərdən, ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin önəmindən bəhs edib.
Daha sonra konfransda çıxış edən Alıuşağı kənd tam orta məktəbin direktoru Musa Əsədov, Əhmədbəyli kənd tam orta məktəbin müəllimi Ayşən Quliyeva və Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova ölkəmizin COP29-a ev sahibliyini üzərinə götürməklə yaşıl enerjiyə keçid sahəsində bu işə töhfə vermək qətiyyətini ortaya qoyduğunu diqqətə çatdırıblar.
Natiqlər COP 29-la bağlı rayon gənclərinin gördüyü işlərdən söhbət açaraq, belə tədbirlərin təşkilinin maarifləndirmə baxımından mühüm olduğunu da vurğulayıblar.