Samuxda "Azərbaycan qadını və Heydər Əliyev siyasəti" mövzusunda tədbir keçirilmişdir.
03 oktyabr 2023 | 17:30
Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar 3 oktyabr 2023-cü il Əhmədbəyli kənd tam orta məktəbində "Azərbaycan qadını və Heydər Əliyev siyasəti" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məişət,o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, valideynlər, müəllimlər, rayonumuzun ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan qadınlar iştirak etmişlər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova qadınların cəmiyyətdə yeri və rolu barədə danışaraq onların ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söhbət açdı.
Eyni zamanda tədbirdə ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, qadınların problemlərindən, çətinliklərindən, gender zorakılığı və ailə dəyərlərinin qorunmasından bəhs edən çıxışlar dinlənildi, dialoq şəklində fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr dinlənildi.