Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Azərbaycan mənim həyatımın mənasıdır” adlı qısametrajlı film nümayiş etdirilib.

24 iyun 2023 | 19:38
Heydər Əliyev Mərkəzində “Azərbaycan mənim həyatımın mənasıdır” adlı qısametrajlı film nümayiş etdirilib. Film müstəqil və güclü Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü il Heydər Əliyev ili çərçivəsində Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon təhsil sektoru və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Film ilk dəfə Samux məktəblilərinin tədqiqatında və təqdimatında hazırlanmışdır. Filmdə Ulu öndərin zəngin irsinin gənclər arasında daha dərindən təbliği nəzərdə tutulmuşdur. Tədbir vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev iştirak etmiş, film haqda fikirlərini bölüşmüş ,Ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi zəngin irsinin hər bir kəs üçün daim örnək olduğunu vurğulamışdır. O, şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Gəncə -Daşkəsən Reginal Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev filmlə bağlı təəssüratlarını bildirmiş, onlara fəaliyyətlərini daha da yüksəltmələrini arzu etmişdir. Tədbirdə filmin rejissoru Pərvin Məmmədov, Samux rayon Çobanabdallı kənd tam orta məktəbin direktoru Arzu Kərimov, həmçinin filmin çəkimində iştirak edən şagirdlər mövzu ətrafında fikirlərini səsləndirdilər.
Keçidlər