Samuxda "Azərbaycan mədəniyyətinin himayədarı-Heydər Əliyev" mövzusunda sərgi keçirilib
Samux rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının əməkdar rəssamı, Turan Elmlər Akademiyasının fəxri akademiki Mübariz Əkbərovun tamamilə əl işlərindən ibarət "Azərbaycan mədəniyyətinin himayədarı-Heydər Əliyev" mövzüsunda sərgisi keçirildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısı Firdovsi Əliyev, Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsinin nümayəndələri, bir çox sənətkarlar həmçinin rayon sakinləri və qonaqlar iştirak etmişdir.
Tədbirin rəsmi hissəsi Azərbaycan xalqının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Natiqlər çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən eyni zamanda sənətkarın əl işlərindən,sərginin möhtəşəmliyindən geniş danışdılar.
Mübariz Əkbərovun nadir əl işləri içərisində "Şah İsmayıl qılıncı", "Zəfər qılıncı", "Turan qılıncı" və s. öz möhtəşəmliyi ilə sərgiyə gələnləri heyran edirdi. Tədbirin qonaqları bir başa sənətkarla görüşür və ona verilən suallar cavablandırmışdır.