Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Alabaşlı qəsəbə sakinləri ilə növbəti səyyari görüş keçirildi.

25 iyul 2023 | 12:48

Samuxda Alabaşlı qəsəbə sakinləri ilə növbəti səyyari görüş keçirildi.

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı  Alı Qocayevin rayonun Alabaşlı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alabaşlı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qütbəddin Ələkbərov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

 

Keçidlər